RU

Bakıda avtomobil səkiyə çırpılıb, ölən var

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Far.Az "Report"a istinadən xəbər verir ki, Kərimov Əmirəli Hüseyn oğlu idarə etdiyi "VAZ-2109" markalı nəqliyyat vasitəsi ilə Xətai rayonu, 8 Noyabr prospekti ilə üzü Zığ yolu istiqamətində hərəkətdə olan zaman idarəetməni itirib, nəticədə avtomobil səkiyə çırpılıb.

Sürücü aldığı xəsarətlərdən xəstəxanada ölüb. Faktla bağlı cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Избранный
6
9
far.az

10Источники