Yazını böyüt
Yazını kiçilt
İran hökuməti ölkənin cənubunda yerləşən Bəndər Abbas şəhərinin Şəhid Rəcai limanında baş verən faciəvi hadisə ilə əlaqədar 28 aprel matəm elan edir.
Hafta.az bildirir ki, bunu İran hökumətinin sözçüsü Fatimə Mohacerani “X” sosial şəbəkəsindəki hesabında yazıb.
O, qeyd edib ki, İran prezidenti Məsud Pezeşkian hadisəni yaxından izləmək üçün Bəndər Abbas şəhərinə səfər edib.
Xatırladaq ki, aprelin 26-da İranda limanda partlayış baş verib. Son məlumata əsasən hadisə nəticəsində 28 nəfər ölüb, 6 nəfər itkin düşüb, 1139 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.