Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
News24.az xəbər verir ki, Əmirəli Kərimov "VAZ-2109" markalı nəqliyyat vasitəsi ilə 8 Noyabr prospekti ilə üzü Zığ yolu istiqamətində hərəkətdə olan zaman idarəetməni itirib, nəticədə avtomobil səkiyə çırpılıb.
Sürücü aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanaraq ibtidai istintaq aparılır./yeni sabah