İranın cənubundakı Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 28-ə çatıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə “Press TV” agentliyi məlumat yayıb.
Bundan əvvəl ölü sayı 25 nəfər təşkil edirdi.
***
İranın Şəhid Rəcai limanında baş vermiş partlayışda yaralananların sayı 1 139 nəfərə çatıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə İran hökumətinin sözçüsü Fatimə Mühacirani sosial şəbəkədə məlumat yayıb.
“Şəhid Rəcai Limanında vəziyyət nəzarət altındadır. Tibb müəssisələrində 1 139 nəfər var. Onların bir hissəsi hava yolu ilə Şiraz və Luristana aparılıb”, – hökumət sözçüsü bildirib.