Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində itkin düşdükdən 10 gün sonra taksi sürücüsünün evindən tapılan Aygün Hüseynova və Reyhan Hüseynova sığınacağa yerləşdirilib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, yeniyetmə qızlar hazırda "Azərbaycan Uşaqları" İctimai Birliyinin sığınacağındadır.
Sığınacağın psixoloqu onlarla söhbət aparıb. Hər iki qıza sosial-psixoloji yardım göstərilib.
Birliyin sədri Kəmalə Ağazadə Teleqraf-a açıqlamasında A.Hüseynova və R.Hüseynovanın "Azərbaycan Uşaqları" İctimai Birliyinin sığınacağına yerləşdirildiyini təsdiqləyib.