RU

Husilər 6 həftə ərzində ABŞ-ın 7 PUA-sını vurub

Yəməndəki husilər 6 həftə ərzində ABŞ-ın 7 ədəd “MQ-9 Reaper” PUA-sını vurublar.

Bakıvaxtı.az xəbər verir ki, adı açıqlanmayan ABŞ rəsmiləri, 6 həftədə vurulan PAU -ların ümumi sayının 7-yə yüksəldiyini və vurulan PUA-ların dəyərinin 200 milyon dolları ötdüyünü deyiblər.

    Dünən Pentaqon rəsmilərinin paylaşdığı məlumata görə, husilərin PUA-lara qarşı hücum imkanlarında nəzərəçarpacaq dərəcədə irəliləyiş var.

    Qeyd edək ki, “General Atomics” tərəfindən istehsal edilən və təxminən 30 milyon dollar dəyərində olan “MQ-9 Reaper” PUA-ları 40 min futa qədər yüksəklikdə (təxminən 12.100 metr) uça bilir./apa

    Избранный
    0
    2
    bakivaxti.az

    3Источники