BAKI. 26 aprel. TELEQRAF
Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli Almaniyanın "Nürnberq" klubunun heyətində son 3 oyunda 4-cü qolunu vurub.
Teleqraf xəbər verir ki, 28 yaşlı hücumçu bu dəfə II Bundesliqada XXXI turun "Düsseldorf"la səfər matçında fərqlənib. O, 45+4-cü dəqiqədə komandasının 2-ci qolunu vurub.
Qeyd edək ki, ilk yarıdan sonra "Nürnberq" 2:0 hesabı ilə öndədir.