Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini general-leytenant Yaroslav Moskalikin qətlində şübhəli bilinən İqnat Kuzin adı şəxs Türkiyədə saxlanılıb.
KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
“O, Moskvadan qaçdıqdan sonra İstanbulda saxlanılıb”, – deyə bildirilir.
Məlumata görə, İ. Kuzinin Ukraynada yaşamaq icazəsi olub.
Xatırladaq ki, aprelin 25-də səhər 10:40 radələrində Moskva vilayətinin Balaşixa şəhərində yaşayış binasının qarşısında park edilmiş vəziyyətdə olan “Volkswagen” avtomobili partladılıb. Partlayış nəticəsində general-leytenant Yaroslav Moskalik həlak olub.
Fotoda İqnat Kuzin