RU

Rəşad Sadıqov: İkinci qolu vursaydıq, sonluq daha rahat ola bilərdi

BAKI, 26 aprel. TELEQRAF
“İkinci qolu vursaydıq sonluq bizim üçün daha rahat ola bilərdi”.

Teleqraf xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XXXII turunda səfərsə “Kəpəz”ə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis gətgin keçən qarşılaşmanı belə şərh edib: “Gözlədiyimiz kimi çətin oyun keçdi. Nəzərə alsaq ki, qış fasiləsindən sonra “Kəpəz” evdə keçirdiyi 7 oyunun heç birində məğlub olmamışdı. Həmin rəqiblər içərisində güclü komandalar da olub. Bilirdik ki, əzmkar oyun olacaq və hər xal üçün meydanda mübarizə gedəcək. Əlimizfən gələni etdik ki, oyunu üstün keçirək. Yaxşı başladıq, təhlükəli hücumlarımız vardı. Son dəqiqələrdə qapı tirindən dönən zərbəmiz və qapıçının etibatlı çıxışları vardı. Rəqib bizi meydanda rahat oynamağa imkan vermirdi. Buna baxmayaraq, futbolçularım ikinci hissədə sürəti artırdı bə daha çox hücum etdi. Qol vurduqdan sonra rəqib daha riskli oynadı, böyek qüvvə ilə irəli getdi. O məqamda da biz müdafiə olunub, əks-hücumlara bel bağladıq. Qol epizodlarımız oldu, amma istifadə edə bilmədik. Amma şükür ki, olduqca vacib 3 xal qazandıq. Futbolçularım daha istəkli, inamlı oynadı. Əllərindən gələn hər şeyi meydanda etdilər ki, bu gün qalib gələk. Qarşıda bizi 4 tur gözləyir. Hər birinə yaxşı hazırlaşmalıyıq ki, qələbə qazanaq. Sona yaxıınlaşdıqca hər komanda daha istəkli olur. Ona görə bu oyunu geridə qoyub, “Turan Tovuz”la oyuna hazırlaşmalıyıq”.

Избранный
11
teleqraf.com

1Источники