RU

Premyer Liqa: “Zirə” “Kəpəz”i Tovuzda tək qolla yendi

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 32-ci turunun növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə də bir qarşılaşma baş tutub.

“Kəpəz” Tovuzda “Zirə” ilə üz-üzə gəlib. Tovuz şəhər stadionunda keçirilmiş oyunu Əliyar Ağayev idarə edib.

Kifayət qədər uğurlu mövsüm keçirən, bu oyundan öncə 61 xalla ikinci pillədə qərarlaşmış “Zirə” səfərdə növbəti qələbəsini rəsmiləşdirmək arzusundaydı. Amma elitada qalmaq uğrunda mübarizə aparan “Kəpəz”in də xal və xallara çox ehtiyacı vardı. Gəncə təmsilçisi 28 xalla 9-cu pillədə qərarlaşıb.

Bu, sözügedən komandaların Premyer Liqadakı 24-cü oyunu olub. Əvvəlki 23 oyunda “Kəpəz” 3, “Zirə” isə 12 qələbə qazanmışdı. 8 görüşdə bərabərlik qeydə alınmışdı. “Kəpəz” son 15 matçda bu rəqibi üzərində qələbə qazanmamışdı. 4 oyundur qol buraxmayan “Zirə” son 5 görüşdə qalib gəlmişdi.

Elə bu oyunda da qələbəni “Zirə” bayram edib. Qəsəbə təmsilçisi 3 xalı tək qolla qazanıb. Nəticədə bu komanda Premyer Liqanın gümüş medallarını qazanmaq yolunda daha bir önəmli addım atıb.

Premyer Liqa
32-ci tur
26 aprel

“Kəpəz” – “Zirə” 0:1
Qol: Salifu Suma, 64.
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Kamranbəy Rəhimov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Tovuz şəhər stadionu, 19:00.

Kəpəz: 1. Rojerio Santos, 7. Ehtiram Şahverdiyev, 12. Turan Manafov, 8. Elmir Tağıyev, 21. Camal Cəfərov, 26. Valdemar Almeyda, 9. Luis Paçu, 29. Dioqo Verdaska, 78. Yeqor Xvalko (k), 28. Rati Ardazişvili, 3. Mahamadu Ba.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 18. Elgün Bayramov, 2. İlkin Qırtımov, 99. Əli Səmədov, 70. Nicat Süleymanov, 5. Rauf Hüseynli, 6. Nemət Musayev, 17. Ümid Səmədov, 19. Sadiq Şəfiyev, 11. Trent Buhaqyar, 10. Kərim Lkuça, 88. Şevroni Mabatşoev.
Baş məşqçi: Azər Bağırov.

Zirə: 13. Aydın Bayramov, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 14. Elçin Əlicanov, 4. Ruan Renato, 10. Georgi Papunaşvili, 70. İssa Cibrilla, 23. Rafael Utziq, 8. Junior Martins, 17. Ayron Qomis, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 97. Tyaqo Silva, 41. Anar Nəzirov, 7. Məqsəd İsayev, 11. Rüstəm Əhmədzadə, 29. Ceyhun Nuriyev, 93. Yelmar Aşurov, 53. Şahmar Aşurov, 48. Ramiz Muradov, 30. Rikardo Martins, 3. Ange Mutsinzi, 15. Pyer Zebli, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.

Избранный
7
1
arena.az

10Источники