
Avropa çempionatında kişilər arasında 100 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Zelim Kotsoyev gümüş medal qazanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Bildirilib ki, o, finalda Paris-2024-də məğlub etdiyi gürcüstanlı İlya Sulamanidze ilə qarşılaşıb və məğlub olub.