Türkiyəli professor Şükrü Ersoy hansı bölgələrin zəlzələ riski altında, hansı bölgələrin isə daha təhlükəsiz olduğunu açıqlayıb.
"Referans" bu barədə CNN TÜRK-ə istinadən xəbər verir
O qeyd edib ki, Anadolu Yakası daha üstün və avantajlıdır.
“Avropa Yakasında Haliçdən şimalda yerləşən yerlər möhkəm zəminə malikdir. Başakşehir qismən yaxşıdır, zəmini də yaxşıdır. Sahil bölgələri - Bağcılar, Zeytinburnu və Bakırköy torpaqları nisbətən zəifdir.
Sarı rənglərlə qeyd olunmuş ərazilər İstanbulun yeni yaşayış sahələridir. Bunu Türkiyənin geoloji xəritəsindən sadələşdirərək etdim. Sarı zona təhlükəlidir, sarı zonada hər kəs təhlükədədir”.