RU

Qazaxıstan super kompüterin yaradılmasına 50 milyon dollar yatırım edəcək

Bakı. Trend:

Qazaxıstan yaxın aylarda özünün yeni super kompüterininyaradılmasına 40-50 milyon ABŞ dolları yatırım edəcək.

Trend“Kazinform” agentliyinə istinadən xəbər verir ki, bunu rəqəmsalinkişaf, innovasiyalar və aerokosmik sənaye nazirinin müavini KanışTuleuşin söyləyib.

Onun sözlərinə görə, üç ay ərzində ölkəyə “Nvidia” şirkətinin 64klaster super kompüterləri gətiriləcək. “Çiplərin ilk partiyasıartıq çatdırılıb. Gələcəkdə yeni “Nvidia H200” çiplərinin alınmasıplanlaşdırılıb”, - deyə o söyləyib.

Super kompüter təhlükəsizliyin bütün tələblərinə cavab verənyeni Məlumatların Emalı Mərkəzinin bazasında quraşdırılacaq.

Избранный
3
4
az.trend.az

6Источники