RU

Ukraynada Rusiya tərəfində döyüşən Mərkəzi Kəşfiyyat İdarəsinin direktor müavininin oğlu həlak oldu

 
"21 yaşlı Maykl Qloss kollec təhsilini yarımçıq qoyaraq dünyanı gəzməyə çıxlb. Moskvada Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb müharibəyə yollanıb..."
 
Ukraynada ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) direktorunun müavini Culian Qlossun oğlu, 21 yaşlı amerikalı Maykl Qloss həlak olub. O, Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayaraq müharibəyə qatılıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Vajnye istorii" nəşri yazıb. Məlumatı "dw.com" nəşri yayıb. 
 
 
Maykl Qloss amerikalı hərbçi ailəsindən olub. Anası Culian Qallina Qloss ABŞ Hərbi Dəniz Akademiyasını bitirib, 1990-cı illərdə akademiyada kursantи korpusuna rəhbərlik edən ilk qadın olub.
 
O, kəşfiyyat sahəsində 30 il işlədikdən sonra 2024-cü ilin fevralında MKİ-nin rəqəmsal innovasiyalar üzrə sədr müavini təyin edilib. Mayklın atası Lerri Qloss isə ABŞ Hərbi Dəniz Qüvvələrinin veteranıdır və ABŞ hökuməti ilə Pentaqon üçün proqram təminatı hazırlayan bir quruma rəhbərlik edir.
 
Maykl Qloss kollec təhsili dövründə iqlim dəyişikliyinə qarşı və qadın hüquqları uğrunda aksiyalarda fəal iştirak edirdi. 2023-cü ildə kolleci yarımçıq qoyaraq dünyanı gəzməyə başlayıb. Səyahətləri zamanı o, özünü "planetin ən böyük qeyri-siyasi və qeyri-dini düşüncə birliyi" adlandıran "Rəngarəng aliə" ("Rainbow Family") adlı bir birliyə qoşulub.
 
"Vice" jurnalının təsvirinə görə, bu birlikdə motosikletçilər, İsa Peyğəmbərin fanatikləri, proqramçılar, çılpaq yoqaçılar və kanalizasiya pankları (fərdiçilik) kimi marginal mədəniyyət nümayəndələri yer alıb. Maykl 2023-cü ildəki zəlzələdən sonra Türkiyədə də könüllü kimi çalışıb.
 
Mayklın tanışı "Vajnye istorii" nəşrinə deyib ki, o, sonradan "Qərbin hegemoniyası" və "Amerikaya nifrət" mövzularında qəsd nəzəriyyələrinə aludə olub. "Əsasən Fələstinlə bağlı videolara baxıb. Amerikaya çox qəzəbli olub. Rusiyaya getməyi düşünüb. ABŞ-la döyüşmək istəyib. Amma, məncə, konspiroloji nəzəriyyə videoları onu çox təsir altına salıb", - Qlossun tanışı deyib.
 
Maykl Qloss Moskvada Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlayıb
 
 
2023-cü ilin avqustunda Qloss Gürcüstan üzərindən Rusiyaya gəlib. Rusiyada səyahət etdikdən sonra vizasının müddəti bitmək üzrə olarkən, ehtimal edilir ki, Maykl Ukrayna müharibəsinə könüllü kimi yazılıb.
 
"Vajnye istorii" araşdırıb ki, onun adı Moskvadakı bir məlumat bazasında peyda olub, ünvan kimi müqavilə imzalama məntəqəsi olan Yabloçkov küçəsi, tibbi müayinə otağı 302 göstərilib. Bu ünvan Rusiyaya gəlib Müdafiə Nazirliyi ilə müqavilə imzalayan xaricilərin qeydiyyatdan keçdiyi yer kimi tanınır.
 
"Vajnye istorii" həmçinin Mayklı Müdafiə Nazirliyunin Moskva ətrafında yerləşən "'Avanqard" təlim mərkəzində çəkilmiş foto və videolarda aşkarlayıb. İki həftəlik təlimdən sonra, sentyabrın 23-dən gec olmayaraq, Maykl əsasən Nepal vətəndaşlarından ibarət olan bir qrupla birlikdə avtobusla hərbi hissəyə göndərilib.
 
Onun Nepal vətəndaşı olan xidmət yoldaşı bunu videoda təsdiqləyib. Sosial şəbəkələrdəki fotolara əsasən, Mayklın Ryazandakı 137-ci Hava-Desant Alayının (hərbi hissə 41450) tərkibində xidmət etdiyi müəyyən edilib.
 
"Rainbow Family"nin çatında Maykl yazıb ki, "Rusiyada işləyir", vətəndaşlıq almağa və Afrikaya səyahət üçün pul toplamağa çalışır. Onun xidmət yoldaşının sözlərinə görə, 2023-cü ilin dekabrında Maykl cəbhəyə göndərilib. 
 
2024-cü ilin mart ayının sonlarında 137-ci alay Ukrayna mövqelərinə hücuma başlayıb. Maykl 2024-cü il aprelin 4-də həlak olub, bu barədə ailəsi nekroloqda məlumat verib. Onun ölümünün dəqiq şəraiti bilinmir. Mayklın ABŞ-da dəfn mərasimi 2024-cü il dekabrın 21-də keçirilib.
Избранный
4
1
moderator.az

2Источники