RU

Ben Foster: “Aleksander-Arnold dərsliklərə düşə bilər”

“Mançester Yunayted”in sabiq qapıçısı Ben Foster “Liverpul”un 26 sağ cinah müdafiəçisi Trent Aleksander-Arnoldu qiymətləndirib.

Arena.az xəbər verir ki, ingiltərəli keçmiş qolkiper 26 yaşlı həmyerlisinin “Liverpul”un dərsliklərinə düşmək imkanında olduğunu vurğulayıb:

“Sən bu gün və ya sabah yeni müqavilə imzalasaydın, əbədi olaraq bu klubun dərsliklərinə düşə bilərdin. O, gedir, amma iki il qabaq kluba 90 milyon avro məbləğdən artıq qazanc qoymaqla da gedə bilərdi”, deyə Ben Foster vurğulayıb.

Xatırladaq ki, Aleksander-Arnoldun yayda müqavilə müddətinin başa çatması ilə “qırmzılar”ın düşərgəsindən azad agent qismində ayrılacağı barədə xəbərlər dolaşmaqdadır. Daha bir iddiaya görə o, “Real”a keçəcəyini Madrid klubu ilə artıq razılaşdırıb.

Trent Aleksander-Arnold “Liverpul”un yetirməsidir və 2016-cı ilin iyul ayından “qırmızılar”ın əsas komandasında çıxış edir.

İngilis futbolçunun Mersisayd klubu ilə cari müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.

Cari mövsümdə Aleksander-Arnold “qırmızılar”ın heyətində bütün yarışlarda 40 oyuna çıxıb, 4 qol vurub, 7 məhsuldar ötürmə verib.

Aleksander-Arnoldun “Liverpul”un heyətində çıxışının ümumi mənzərəsi 350 oyun, 23 qol və 90 məhsuldar ötürmədən ibarətdir.

Aleksander-Arnold “Liverpul”la İngiltərə Premyer Liqasını (2019/2020), İngiltərə Kubokunu (2022), İngiltərə Liqa Kubokunu (2022, 2024), İngiltərə Super Kubokunu (2023), Çempionlar Liqasını (2018/2019), UEFA Kubokunu (2019/2020), FIFA Klub Dünya Kubokunu (2020) qazanıb.

Trent 2018-ci ilin iyun ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 33 oyuna çıxıb, 4 qol vurub, 6 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 26 yaşlı ingiltərəli sağ cinah müdafiəçisi Trent Aleksander-Arnoldun transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.

Избранный
15
7
arena.az

10Источники