RU

Husilər İsrailin aviabazasına raket zərbələri endirib

Üsyançıların hərbi sözçüsü Yəhya Saria husilərin "hipersonik ballistik raketdən" istifadə etdiyini bildirib.

Yəmənin "Ənsar Allah" üsyançı hərəkatının husiləri İsrailin Nevatimdəki aviabazasına "hipersonik ballistik raket"lə hücum edib.

Operativ Media xəbər verir ki, bu barədə üsyançıların hərbi sözçüsü Yəhya Sariya məlumat verib.

"Yəmən silahlı qüvvələrinin raket qüvvələri hərbi əməliyyat keçirərək işğal altındakı Fələstinin cənubundakı Negev bölgəsindəki Nevatim aviabazasına "Fələstin-2" hipersəs ballistik raketi ilə hücum edib”, o, Husilərə məxsus Əl Məsirə telekanalında deyib .

Избранный
15
19
operativmedia.az

10Источники