RU

Britaniyalı səyahətçi Qarabağdakı abadlıq və bərpa işlərinə heyran qalıb

Cəbrayıl. Trend:

Qarabağdakı abadlıq işləri məni heyran qoyub.

Trend xəbərverir ki, bunu Böyük Britaniyadan olan səyahətçi Avi RozenfeldCəbrayıl rayonunda etdiyi səfər zamanı bildirib.

“İlk növbədə mən, burada aparılan abadlıq işlərinə , bu qədərşeyin bərpa olunmasında mənə çox böyük təsir bağışladı. Ayrıcaolaraq mina problemini də qeyd etmək istərdim. Bu gün biz burayaminalardan təmizlənmə prosesi ilə əyani tanış olmaq üçüngəlmişik.

Hesab edirəm ki, minalardan təmizləmə Azərbaycan hökumətiningördüyü çox vacib bir işdir. Tam təmizlənmənin xeyli vaxtaparacağını öyrənmək adamda təəssüf hissi oyadır. Biz bu günvəziyyətlə tanış olmaq və gələcəkdə hansı addımların atılacağınıöyrənmək üçün gəlmişik", - deyə o bildirib.

Qeyd edək ki, bu gün dünyaca məşhur səyyahlar klubu"NomadMania"nın nümayəndə heyəti Cəbrayıl rayonunda səfərdədir.Səyyahlar Mehdili kəndində aparılan minatəmizləmə əməliyyatları ilətanış olublar. Onlar daha əvvəl Füzuli, Şuşa və Xankəndidəolublar.

Məqalədə:
Избранный
34
az.trend.az

1Источники