BAKI, 26 aprel. TELEQRAF
"Regional Su Meliorasiya Xidməti" Publik Hüquqi Şəxsi 2 970 000 manata toplam 10 ədəd buldozer almağı planlaşdırır.
Teleqraf xəbər verir ki, qurum bunun üçün tender elan edib və müvafiq şirkət axtarışındadır.
Tenderdə iştirak haqqı isə 1 000 AZN olaraq müəyyənləşib.
Qeyd edək ki, təkliflərin son təqdimolunma tarixi isə mayın 27-dir. Zərflərin də həmin gün açılması nəzərdə tutulur.