RU

Emreli “Fortuna” səfərində

style='margin-bottom:10px;'>

Bu gün Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi "Nürnberq" Almaniyanın 2-ci Bundesliqasında 31-ci tur oyununa çıxacaq.

QOL.az xəbər verir ki, komanda səfərdə Düsseldorf "Fortuna"sı ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. 

Hazırda turnir cədvəlində "Fortuna" 48 xalla 6-cı, "Nürnberq" isə 44 xalla 8-cidir. Bu komandalar arasında 2024-cü ilin dekabr ayında keçirilən son oyun 2:2 hesabı ilə yekunlaşıb. 

Qeyd edək ki, Mahir Emreli ötən ilin yayında "Nürnberq"ə keçib. O, cari mövsüm Almaniya təmsilçisinin heyətində 20 oyuna çıxaraq 7 qol vurub və 1 qolun ötürməsini verib. Mahir 30-cu turun "Paderborn”la qarşılaşmasında dubl edib.

Almaniya 2-ci Bundesliqası

22:30. "Fortuna" - "Nürnberq"

Избранный
7
teleqraf.com

1Источники