RU

Şamaxıda mikroavtobus qəzaya uğrayıb, 7 nəfər xəsarət alıb - YENİLƏNİB

Şamaxı, 26 aprel, Rəşad Türkoğlu, AZƏRTAC

Şamaxı rayonunun Hacıqədirli kəndi ərazisində “Mercedes” markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nəticədə mikroavtobusdakı sərnişinlərdən 5-i oğlan, 2-si isə qız olmaqla 7 nəfər xəstəxanaya müraciət edib. Həmin şəxslərin ikisində sınıq, digərlərində isə yüngül sıyrıq xəsarətləri qeydə alınıb. Qeyd edək ki, xəsarət alan şəxslər Ağsu rayon Padarqışlaq kənd məktəbinin şagirdləri olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, yol- nəqliyyat hadisəsi ilə bağlı Şamaxı Rayon Polis Şöbəsində istintaq araşdırmaları aparılır.

 

23:18

Şamaxıda mikroavtobus qəzaya uğrayıb.

AZƏRTAC xəbər verir ki, hadisə Şamaxı - Çöl Göylər - Padar avtomobil yolunun Ağsu rayonundan keçən hissəsində baş verib.

İlkin məlumata görə, hərəkətdə olan mikroavtobus naməlum səbəbdən yoldan çıxaraq qəzaya uğrayıb.

Hadisə nəticəsində bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Kürdəmir və Ağsu Rayon Mərkəzi Xəstəxanalarına yerləşdiriliblər.

Qəzanın başvermə səbəbləri və digər təfərrüatlar araşdırılır.

Избранный
20
20
azertag.az

3Источники