RU

Pakistan ordusu altı terrorçunu öldürüldü

BAKI, 26 aprel. TELEQRAF

Pakistan ordusunun Hayber-Paxtunxva əyalətinin Bannu rayonunda keçirdiyi antiterror əməliyyatı zamanı azı 6 yaraqlı öldürülüb, 4-ü isə yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə “Geo” telekanalı İslam Respublikası silahlı qüvvələrinin Xidmətlərarası İctimai Əlaqələrə (ISPR) istinadən məlumat yayıb.

Məlumata görə, aprelin 23-dən 24-nə keçən gecə Pakistan hərbçiləri Bannu rayonunu ekstremistlərdən təmizləmək üçün əməliyyat keçirib. Onların hədəfi ölkədə qadağan olunmuş “Fitnə əl-Xəvaric” qruplaşmasının yaraqlıları olub (əvvəllər “Təhrik-i-Taliban Pakistan” və ya “Pakistan Taliban Hərəkatı” kimi tanınır, 2024-cü il iyulun sonunda İslam Respublikası hökumətinin qərarı ilə adı dəyişdirilib).

Əməliyyat davam etdirilir. Hərbçilər arasında itki yoxdur.

Избранный
27
5
teleqraf.com

10Источники