RU

Mediatorlar üçün maarifləndirici təlim keçirilib

25 aprel 2025-ci il tarixində mediatorların kargüzarlıq sahəsində biliklərinin artırılması məqsədilə Ədliyyə Akademiyası tərəfindən distant formada təlim baş tutub.


Təlim 3 saat olmaqla, kargüzarlıq qaydalarının aparılması, mediasiya sənədləri ilə işləmək bacarıqlarının inkişafı, kommunikasiya bacarıqlarının artırılması mövzularını əhatə edib. Təlimçi qismində Mediasiya Şurasının İntizam  Komissiyasının sədri Mayıl Bayramov və Mediasiya Şurasının İntizam Komissiyasının üzvü, vəkil Esmira Rzayeva iştirak edib.

Təlimdə 43 nəfər kişi, 21 nəfər qadın olmaqla 64 nəfər mediator iştirak edib. 
Избранный
31
yenilik.az

1Источники