RU

Yuxu sisteminin pozulması nə kimi xəstəliklərə səbəb ola bilər?

Həkim: Narhatlıq və problemli yuxu xəstəliklərini yaradan əsas səbəblərdəndir.

Yuxu rejimi insanın sağlamlıq və həyat keyfiyyətini qorumaq üçün ən vacib amillərdən biridir.
 

Yuxunun düzgün tənzimlənməsi, yalnız fiziki yox, həm də zehni sağlamlıq üçün faydalıdır.

Yuxunun keyfiyyəti yalnız nə qədər yatdığınızla yox, həm də yuxu vaxtının davamlılığı və sabitliyi ilə əlaqəlidir. Yuxu rejiminin pozulması isə heç birimizə sirr deyil ki, insanlarda müəyyən narahatlıqlar yaradır.

Yuxu sisteminin pozulması hansı əlamətlərlə müşahidə olunur və nə kimi xəstəliklərə səbəb ola bilər?

Mövzu barədə Operativ Media-ya nevroloq Sevinc Salamova açıqlama verib.

Həkim bildirir ki, narahatlıq və problemlər yuxu xəstəliklərini yaradan əsas səbəblərdəndir:

“Narhatlıqlar və problemlər yuxu xəstəliklərini yarada bilər. Bunlar həmçinin gündəlik həyat keyfiyyətinə və fiziki-psixoloji sağlamlığa əhəmiyyətli təsir edə bilər. Yuxu xəstəlikləri müxtəlif cür ola bilər. Məsələn yuxu zamanı tənəffüs pozulmaları, yuxusuzluq, yuxudan duranda hərəkət edə bilməmək, qorxulu və qeyri-real görmə və hisslər ola bilər. Həmçinin yuxu zamanı hərəkət pozulmaları ola bilər. Məsələn yuxu zamanı baş verən hərəkətlər arasında, yuxuda yerimək kimi əlamətləri olan xəstəlik üzə çıxa bilər. Həmdə yuxu pozulmalarında qeyri-adi, anormal davranışların baş verməsi kimi xəstəlikdə üzə çıxa bilər. Yəni ki, qeyri-adi davranışlar, yuxuda gülmək, yuxuda danışmaq və ya qorxmaq kimi əlamətlər ola bilər. Həmçinin də narahat ayaq sindromu ola bilər. Ayaqlarda və ya bədənin digər hissələrində təkrarlanan narahat edici bir hissin yaranması ola bilər”.

 

Bəs yuxu keyfiyyətini artıqmaq üçün nə etmək lazımdır?

Sevinc Salamova bildirir ki, müalicə üçün ilk növbədə yuxu gigiyenasına ehtiyac var:

“Bunların müalicəsi üçün ilk növbədə yuxu gigiyenasına ehtiyac var. Bu yuxu mühitinin rahat və sakit olması və həmçinin də gündəlik yuxu rutininə əməl etməkdir.

Yuxu xəstəliklərinin müalicəsində rahat yataq, qaranlıq otaq, səs-küydən uzaq olmaq yuxu probleminin qarşısını ala bilər.

Yuxu xəstəliklərinin müalicəsində dərmanlardan, sipah cihazından və digər vasitələrdən istifadə oluna bilər. Sağlam həyat tərzinə əməl etmək, düzgün qidalanmaq, alkoqol və kofein istehlakını azaltmaq yuxu keyfiyyətini yaxşılaşdıra bilər”.

Избранный
10
32
operativmedia.az

10Источники