RU

Tovuzda YANĞIN – Ev alovlara qərq oldu

Tovuzda fərdi yaşayış evində yanğın baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Bozalqanlı kəndində qeydə alınıb. 
 

Kənd sakini A.Mehdiyeva məxsus ümumi sahəsi 120 kvadratmetr olan fərdi evdə alovu söndürmək üçün Fövqəladə Hallar Nazirliyinin Tovuz rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. 


Yanğının digər tikililərə keçməsinin  qarşısı alınıb, yanğın söndürülüb.

Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. Yanğının baş vermə səbəbləri araşdırılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Избранный
12
18
bizim.media

10Источники