RU

Messi oynadı, “İnter Mayami” qələbə qazandı

Lionel Messinin formasını geyindiyi “İnter Mayami” MLS-də növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda səfərdə “Kolumbus” ilə qarşılaşıb. Matç “İnter Mayami”nin qələbəsiylə başa çatıb – 1:0.

Messi oyuna start heyətdə başlayıb və sona qədər oynayıb. Komandanın yeganə qolunu 30-cu dəqiqədə Benha Kremaski vurub.

“İnter Mayami” 8 oyundan sonra 18 xalla 3-cü sıradadır.

Избранный
47
9
futbolpress.az

8Источники