RU

Bu küçədə hərəkət məhdudlaşdırılacaq

Xətai rayonu, Süleyman Vəzirov küçəsinin bir hissəsində (Bakı Avropa Liseyinin qarşısından Babək prospektinə qədər) bu gecədən etibarən hərəkət məhdudlaşdırılacaq. 

Bu barədə “Qafqazinfo”ya AAYDA-dan bildirilib.

Hərəkətin məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq.

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Избранный
2
14
qafqazinfo.az

9Источники