RU

“Neftçi” “Qarabağ”la matça 4 itki ilə çıxacaq

“Neftçi” futbol üzrə Azərbaycan Premyer Liqasının 31-ci turu çərçivəsində qarşılaşacağı “Qarabağ”la matçın hazırlığını başa çatdırıb.

Arena.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb.

Bakı klubu bu gün eyniadlı futbol mərkəzində oyunöncəsi son məşqinə çıxıb. Paytaxt təmsilçisi qarşıdakı oyuna ciddi itkilərlə çıxacaq. Belə ki, Edvin Kuç, Emil Səfərov, Robert Bauer və Ryonosuke Ohori zədə səbəbindən qarşıdakı görüşü buraxacaqlar.

Qeyd edək ki, aprelin 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Neftçi” oyununa saat 20:00-da start veriləcək.

Избранный
100
4
arena.az

10Источники