Fələstinli fotojurnalist Fatma Hassona İsrailin Qəzzaya endirdiyi hava hücumunda həyatını itirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
25 yaşlı jurnalist İsrail ordusunun dinc əhaliyə hücumlarını əks etdirən fotoşəkilləri ilə tanınırdı.
Hassona hücum zamanı ailəsi ilə birlikdə evdə olub və bir çox ailə üzvü ilə birlikdə həyatını itirib.
Bu yaxınlarda nişanlanan Hassona ölümündən cəmi bir neçə gün əvvəl öyrəndi ki, onun sənədli filmi Kann Film Festivalında müstəqil seçim olan ACID bölməsinə qəbul edilib.