EN

Dünən susan AŞ, 209 müşahidəçi  bu gün ölən terrorçulara görə narahat olursa...

Bilirsiniz, dünən - fevralın 12-də, günün günorta çağı - saat 13:37 radələrində Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-Hand yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb.Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Pərviz Ağakişi oğlu Xəlilzadə yaralandı. Hazırda dərhal hospitala qaldırılan, cərrahi əməliyata götürülən hərçimizin vəziyyəti ağır-sabit olaraq qiymətləndirilir.Yeri gəlmişkən, hərbçimizi yaralayan hərbi mütəxəssislərin ilkin rəyinə görə, xarici ölkələrdə istehsal olunmuş snayper gülləsidirDünən bu hadisəyə dünyanın heç bir yerindən nəinki təpki göstərən heç səs çıxardan da olmadı. Hətta Avropa İttifaqının Ermənistandakı mülki monitorinq missiyasının 209 nəfərindən birinin də narahat olduğunu eşitmədik.Qeyri müharibə şəraitində qəsdən güllələnən əsgərin vurulması Azərbaycan Silahlı qüvvələrinə sataşmaq kimi dəyərləndirildi. İş qaldı Azərbaycan Silahlı Qüvvələrinin öz ixtiyarında...Bu gün -13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin törətdikləri təxribata cavab olaraq qisas əməliyyatı keçirildi. Əməliyyatdan sonra Ermənistan Müdafiə Nazirliyi fevralın 13-də şərti sərhəddə ölən hərbçilərinin adlarını açıqladı:1. Arutyunyan Eduard Hamletoviç (1974);2. Manukyan Qaqik Varazdatoviç (1982);3. Ambartsumyan Arsen Qagik (1979);4. Oqanesyan Qraçya Talışeviç (1957).Deyilənə görə, yaralanan bir nəfərdə o dörd erməninin dalınca tələsik gedib. Say olub 5.Belə anda Avropa Şurası dayanarmı? Susarmı? Əlbəttə ki, yox!qurumun baş katibi Mariya Peyçinoviç-Buriç bir həyəcanlanıb, bir narahat olub, sonar da deyib ki, Ermənistan-Azərbaycan sərhədində toqquşmalarla bağlı xəbərlərdən narahatdır: “Ermənistan-Azərbaycan sərhədində atışma xəbərlərindən narahatıq. Tərəfləri güc tətbiq etməkdən çəkinməyə çağırırıq. Dialoq davamlı sülhün yeganə yoludur.”.Azərbaycan Ordusunun qanuni hərbçisi yaralanda susan, 1993-cü ildə, Qarabağın işğalı zamanı yaradılan, Azərbaycana qarşı xeyli cinayətlər törədən“Yerkrapa” Könüllülər Birliyi adlı terrorçu təşkilatın qatilləri öləndə narahat olan Avropa Şurasının dərdini, azarını hələ də anlamış deyilik. Hazırda terrorçulara terrorçu başçılıq edən Sasun Mikaelyan hələ antiterror əməliyyatlarından sonra dil-boğaza qoymadan “qisas”, partizan müharibəsi” deyə bağıran ermənilərdən olub. Di alın sizə “qisas” və “partizan müharibəsi”...Şanlı ordumuz növbəti dəfə də xəbərdar etdi ki, o spayperinizi sərhəddən yığışdırın, aparın, soxun, gözünüzə...Əntiqə Rəşid

Chosen
24
adalet.az

1Sources