Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSIM) və Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən 29 noyabr 2023-cü ildə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 1 dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunan maarifləndirici tədbir keçirilib.
İSİM-dən Aztibb.az-a verilən xəbərə görə, tədbirin məqsədi gənc nəsli sağlam həyat tərzi istiqamətində maarifləndirmək, zərərli vərdişlərin və təhlükəli davranışların ağır fəsadları barədə ətraflı məlumat vermək olub.
Tədbir çərçivəsində, həmçinin kursantlar üçün “Özünü QİÇS-dən qoru!” mövzusunda maarifləndirici aksiya təşkil olunub. Aksiya iştirakçılarına bir daha sağlam həyat tərzinin üstünlükləri barədə məlumat verilib, onlara maarifləndirici materiallar paylanılıb.