EN

Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."

İran Prezident Seyid İbrahim Rəisini daşıyan helikopter Uzi və Pir Davud kəndləri arasındakı Dizmar meşə sahəsində qəzaya uğrayıb.

Bizimshow.az Publika.az- istinadən İRNA-ya istinadla xəbər verir ki, bu barədə əraziyə yaxın kəndlərdə yaşayan hadisə şahidləri məlumat veriblər

 

Onlar bildiriblər ki, qəzadan bir saat əvvəl ərazidən səslər eşidiblər.

Qəza bölgəsinə PUA və axtarış-xilasetmə itləri də daxil olmaqla 20-dən çox yardım qrupu göndərilib.

Axtarış işlərinə kömək etmək üçün bölgəyə silahlı qüvvələrdən xüsusi təyinatlılar da göndərilib.

Əlverişsiz hava şəraiti səbəbindən xilasetmə işlərinin vaxt apara biləcəyi bildirilib.

Chosen
360
6
bizimshow.az

7Sources