İran Prezident Seyid İbrahim Rəisini daşıyan helikopter Uzi və Pir Davud kəndləri arasındakı Dizmar meşə sahəsində qəzaya uğrayıb.
Bu barədə əraziyə yaxın kəndlərdə yaşayan hadisə şahidləri məlumat veriblər/
Onlar bildiriblər ki, qəzadan bir saat əvvəl ərazidən səslər eşidiblər.
Qəza bölgəsinə PUA və axtarış-xilasetmə itləri də daxil olmaqla 20-dən çox yardım qrupu göndərilib.
Axtarış işlərinə kömək etmək üçün bölgəyə silahlı qüvvələrdən xüsusi təyinatlılar da göndərilib.
Əlverişsiz hava şəraiti səbəbindən xilasetmə işlərinin vaxt apara biləcəyi bildirilib./publika.az
Görüntülərdə prezidentin helikopterinin qəzaya uğradığı ərazi əks olunub:
- Dünya
- 19 May 2024