EN

"TikTok" cərimələndi – SƏBƏB 

İtaliya Rəqabət Təşkilatı (Antitrust-AGCM) "TikTok"-un İtaliya, İngiltərə və İrlandiyadakı şöbələrinə 10 milyon avro cərimə yazıb.

 

Sfera.az xəbər verir ki, qurum, bu sosial şəbəkənin yetkinlik yaşına çatmayan istifadəçiləri zərərli məzmundan lazımi səviyyədə qorumadığını əsas gətirib.

 

Bildirilib ki, sözügedən sosial media platforması insanlara psixoloji təsir göstərən məzmunların yayılmasının qarşısını almaq üçün adekvat tədbirlər görməyib və özünün dərc olunmuş təlimatlarına əməl etməyib.

 

Ülkər Abdurahmanlı

Chosen
21
1
sfera.az

10Sources