EN

Bu imtahan üçün 50 manat ödəməlisiniz - Qeydiyyat başladı

Bu gündən I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının 2-ci cəhdinə qeydiyyat başlanır.

Valyuta.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, qeydiyyat 26 maydan 8 iyun tarixinədək aparılacaq.

İmtahanın 2-ci cÉ™hdindÉ™ iÅŸtirak etmÉ™k istÉ™yÉ™nlÉ™r ÅŸÉ™xsi kabinetin istifadəçi adı vÉ™ parolundan istifadÉ™ etmÉ™klÉ™ DİM-in müvafiq internet sÉ™hifÉ™sinÉ™ daxil olaraq yenidÉ™n imtahan vermÉ™k istÉ™diklÉ™ri ixtisas qrupunu seçərÉ™k qeydiyyatdan keçirlÉ™r vÉ™ müvafiq qaydada ödÉ™niÅŸ (ödÉ™nilÉ™cÉ™k mÉ™bləğ barÉ™dÉ™ sistem tÉ™rÉ™findÉ™n avtomatik olaraq istifadəçiyÉ™ mÉ™lumat verilir) edirlÉ™r.

Aşağıdakı kateqoriyadan olan Azərbaycan vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirin) imtahanda iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir:

- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;

- şəhid ailəsinin üzvləri;

- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;

- məcburi köçkün statusu olan şəxslər;

- I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.

Bu abituriyentlər haqqında məlumat DİM tərəfindən müvafiq icra orqanlarının informasiya sistemlərindən elektron üsullarla əldə olunur.

İmtahanda yalnız göstərilən tarixlərdə qeydiyyatdan keçmiş abituriyentlər iştirak edə bilərlər.

Abituriyentlərə ikinci imtahana qeydiyyat zamanı birincidəkindən fərqli ixtisas qrupunu seçməyə icazə verilir.

4 mayda keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanından qeyri-məqbul alan abituriyentlərə də yay qəbul imtahanına qeydiyyatdan keçməyə icazə verilir. Lakin həmin abituriyentlər 29 iyunda keçiriləcək II Azərbaycan dili imtahanından qeyri-məqbul aldıqları təqdirdə müsabiqəyə buraxılmayacaqlar.

Məlumat üçün bildirək ki, qəbul imtahanlarının II mərhələsinin 2-ci cəhdində iştirak üçün 50 manat ödəniş tələb olunur.

Xatırladaq ki, ali tÉ™hsil müəssisÉ™lÉ™rinÉ™ qÉ™bul imtahanının ikinci mÉ™rhÉ™lÉ™sinin birinci cÉ™hdi II vÉ™ III ixtisas qrupları üzrÉ™ mayın 25-dÉ™ baÅŸ tutub. I vÉ™ IV qruplar üzrÉ™ isÉ™ imtahan iyunun 1-dÉ™ keçirilÉ™cÉ™k.

Chosen
0
41
valyuta.az

10Sources