EN

Abil İslamın imza günü keçirildi - FOTO

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Bizim.Media-nın masasında Azərbaycan Yazıçılar Birliyinin, Jurnalistlər Birliyinin üzvü, prezident təqaüdçüsü Abil İslamın imza günü keçirilib. 

Bizim. Media xəbər verir ki, "Bir Bəlalı Ömür Olub Taleyim", "Tələsmə Hələ", "Çox Sevdiyim Birisi Var" kitablarının müəllifidir.

Nəğməkar şair həmçinin 200-dən çox mahnının söz yazarıdır. Onun yazdığı mahnılardən 40-a yaxını Azərbaycan Dövlət Televiziyasının Qızıl Fondunda saxlanılır.

Abil İslamın bununla yanaşı audio disk toplusu da mövcuddur. 

O, eyni zamanda Dünya üzrə Azərbaycan Türk Xalqları İctimai Birliyinin sədr müavinidir. 

Qeyd edək ki, 24-31 may tarixlərində keçiriləcək IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının hər günü bir ölkəyə - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edilib.

Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub. 

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.



Ayşən Rəhim, Sadiq Məmmədov, Bizim.Media

Chosen
0
30
bizim.media

10Sources