EN

“Gül dəftəri” poeziya paneli - FOTO

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Nadirə Bəyim və Nisə Bəyimin əziz xatirəsinə həsr olunmuş “Gül dəftəri” adlı poeziya paneli baş tutub.

Bizim.Media xəbər verir ki, panel şair Naringül Nadirin moderatorluğu ilə keçirilib.

 

MÖVZU İLƏ BAĞLI

Aləmzər İlayın imza günü - FOTO


Paneldə çağdaş poeziyanın simaları - Adilə Nəzər, Şəfəq Sahibli, Firəngiz Sabir qızı, Seyid Aynur, Gülnar Ümid öz poetik nümunələrini iştirakçılarla bölüşüblər.

Tədbirdə həmçinin Kəmalə Səlim bədii qiraəti ilə çıxış edib.

Panel zamanı çağdaş türk dünyası poeziyasının inkişafı, qadın söz ustalarının yaradıcılığındakı özünəməxsusluq və irsə bağlılıq mövzuları müzakirə olunub. Şeirlərlə zəngin keçən görüş, iştirakçılar və ədəbiyyatsevərlər tərəfindən böyük maraqla qarşılanıb.
“Gül dəftəri” paneli, həmçinin türk dünyasında qadın söz adamlarının yaddaşlarda iz qoyan yaradıcılığının təbliği baxımından xüsusi əhəmiyyət daşıyıb.

Qeyd edək ki, 24-31 may tarixlərində keçiriləcək IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının hər günü bir ölkəyə - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edilib.

Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub.

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.



Ayşən Rəhim, Sadiq Məmmədov, Bizim.Media

Chosen
0
35
bizim.media

10Sources