EN

Bu gün 54 mindən çox abituriyent II və III ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanı verəcək

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün II və III ixtisas qruplarıüzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək.

DİM-dən Trend-əbildirilib ki, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir,Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki,Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan,Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq.

Xankəndi şəhərində keçiriləcək imtahan işğaldan azad edilmişbölgələrdə təşkil edilən ilk qəbul imtahanıdır. İmtahan QarabağUniversitetində keçiriləcək. Bu imtahanda Xankəndi ilə yanaşı,Xocalı, Ağdərə, Şuşa və Laçında məskunlaşmış abituriyentlər iştirakedəcəklər. Bununla yanaşı, Füzulidə M.Uluqbəy adına məktəbin,Cəbrayılda M.Mehdizadə adına məktəbin və Zəngilanda Ağalı kənd tamorta məktəbin cari il məzunları qəbul imtahanını Xankəndidəverəcəklər. İmtahanda 51 abituriyentin iştirakı nəzərdə tutulur.İmtahan sənədlərini və şəxsiyyəti təsdiq edən sənədi təqdim etməkləabituriyentlər və onları müşayiət edəcək valideynlərinin Xankəndişəhərinə səfərinə icazə verilir.

İmtahan saat 10:00-da başlanacaq. Saat 09:45-də buraxılış rejimibaşa çatacaq və bundan sonra gələn iştirakçılar imtahan binasınaburaxılmayacaq.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçünbinaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahaniştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Onagörə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtdagəlmək tövsiyə olunur.

Abituriyentlər imtahana aşağıda qeyd olunan sənədlərigətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamamolmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət MiqrasiyaXidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusualmış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqınvəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digərsənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş vəfotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4 smölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 213 imtahanbinası, 4018 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına213 ümumi imtahan rəhbəri, 635 imtahan rəhbəri, 5014 nəzarətçi, 717buraxılış rejimi əməkdaşı, 213 bina nümayəndəsi cəlb olunub.

II ixtisas qrupu üzrə imtahanda 25961, III ixtisas qrupu üzrəimtahanda isə 28286 nəfər olmaqla, ümumilikdə 54247 abituriyentiniştirakı nəzərdə tutulur.

İmtahanda sağlamlıq imkanları məhdud (gözdən əlil, serebraliflic, eşitmə əngəlli və digər) 73 abituriyent də iştirak edəcək.Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarındaxüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faizpozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdinəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərinbina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb.Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılannəzarətçilərlə xüsusi təlim keçirilib.

Chosen
0
49
az.trend.az

10Sources