Azərbaycan Premyer Liqasının bu gün keçirilən sonuncu - 36-cı turunun “Şamaxı” “Qarabağ” matçından əvvəl meydan sahibləri çempionluq dəhlizi yaradıb.
Şamaxı təmsilçisi Ağdam komandasına təbriklərini bu formada çatdırıb.
“Qarabağ”lı futbolçular rəqib oyunçuların qurduğu dəhlizdən keçərək meydana daxil olublar.
Xatırladaq ki, “Qarabağ” bu mövsüm 12-ci dəfə Azərbaycan çempionu olub.
XANOĞLAN / SPORTİNFO.AZ