EN

Slovakiya verilən yardıma görə Ukraynadan təzminat tələb edəcək

Respublikanın hakim koalisiyasına daxil olan Slovakiya Milli Partiyası göstərilən yardıma görə Ukraynadan təzminat tələb edəcək.

Operativ Media xəbər verir ki, bu barədə TASR xəbər agentliyi məlumat yayıb.

Slovakiya Milli Partiyasının sədri və Slovakiya parlamentinin vitse-spikeri Andrey Danko bu tələbi mayın 26-da respublikanın maliyyə naziri Ladislav Kameniçkiyə rəsmi şəkildə təqdim etmək niyyətindədir. Agentliyin məlumatına görə, Slovakiya Milli Partiyası həmçinin Slovakiyanın baş naziri Robert Fikonu Aİ Şurasının növbəti iclasında ABŞ nümunəsi əsasında Avropa İttifaqı üçün Ukraynanın mineral ehtiyatlarına çıxış imkanı əldə etmək təşəbbüsü ilə çıxış etməyə çağırır.

Chosen
0
2
operativmedia.az

10Sources