EN

Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb. 

Bu barədə News365.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, mayın 23-də ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. 

Axtarışda olduğuna görə ümumilikdə 153, o cümlədən borclu şəxs qismində axtarışda olan 127 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib

Chosen
0
35
news365.az

10Sources