Ukrayna müharibənin 1186-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 979 830 hərbçi, 10 852 ədəd tank, 22 622 ədəd zirehli döyüş maşını, 28 201 ədəd artilleriya sistemi, 1 395 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 169 hava hücumundan müdafiə sistemi, 372 ədəd hərbi təyyarə, 336 ədəd helikopter, 49 639 ədəd avtomobil texnikası, 37 177 ədəd PUA, 3 197 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 895 xüsusi avadanlıq itirib.