EN

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb...

Bu barədə Poliqon-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, mayın 23-də ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 153, o cümlədən borclu şəxs qismində axtarışda olan 127 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

Poliqon.info

Chosen
0
35
poliqon.info

10Sources