Bu gün Əvəzedicilər Liqasında 36-cı tura start verilib.
Sportinfo.az xəbər verir ki, ilk oyun günündə bir oyun keçirilib.
"Sabah-2" öz meydanında "Neftçi-2"ni qəbul edib.
Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb. Hər iki komanda xal sayını 69-a çatdıraraq 1-ci və 2-ci yerləri bölüşdürüblər.
Lakin turnirin reqlamentinə əsasən, "Sabah-2"in mövsüm ərzində daha çox qələbəsi olduğuna görə,Masazır təmsilçisi birinci yerdə qərarlaşıb və çempion olub.
"Sabah-2" – "Neftçi-2" 2:2
Qollar: 14 N.Cabbarov 75, R.Nuraxmedov 81 // M.Məmmədov 10, H.İsmayılov
Qırmızı vərəqə: A.Salyanskiy, 54 ("Neftçi-2")