Ukraynanın xarici işlər naziri Andrey Sbiqa ki, Ukrayna Rusiya və Ukrayna liderləri Vladimir Putin və Vladimir Zelenski arasında yüksək səviyyəli görüş təşkil etmək üçün çalışır.
O, bunu mayın 23-də jurnalistlərlə söhbəti zamanı deyib. O vurğulayıb ki, Kiyev “prezident Trampın ona qoşulmasını həqiqətən istəyir”. Rusiya müəyyən razılaşmaların əldə olunması şərti ilə Ukrayna lideri ilə görüşün baş tutmasını mümkün sayıb: “Üçüncü mövqe üzərində işləyirik, bu liderlər səviyyəsində, Ukrayna prezidenti Zelenski ilə Putin arasında görüşdür”. “Etiraf edirik ki, bu görüş geniş formatda ola bilər”.
Xatırladaq ki, mayın 16-da İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətlərinin son üç ildə ilk görüşü baş tutub. Görüşdə tərəflər münaqişə başlayandan bəri “1000-ə 1000” formatında ən böyük məhbus mübadiləsi barədə razılığa gəliblər. Tərəflər həmçinin sülh müqaviləsinin şərtlərinə dair memorandum üzərində işə başlamaq barədə razılığa gəliblər. İki ölkə arasındakı təmaslardan sonra Ukraynanın müdafiə naziri Rustem Umerov bəyan edib ki, nizamlanmaya doğru növbəti addım Vladimir Zelenski ilə Vladimir Putin arasında görüş olmalıdır. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov etiraf edib ki, ölkələrin danışıqlar nümayəndə heyətləri müəyyən razılığa gələrsə, Rusiya lideri ukraynalı həmkarı ilə görüşə bilər. Kreml nümayəndəsi konkret razılıqlardan söhbət getdiyini açıqlamayıb.
“The Wall Street Journal” Rusiya və Ukrayna arasında növbəti danışıqların iyunun ortalarında baş tutacağını yazıb. Danışıqlar üçün mümkün məkan kimi Vatikan qeyd edilib. Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Vatikanda Ukrayna ilə danışıqların aparılmasını qeyri-real adlandırıb.
//Samir Qurbanov, Editor.az