EN

Növbəti köç karvanı Ağdamın Kəngərli kəndinə çatdı

Növbəti köç karvanı Ağdamın Kəngərli kəndinə çatıb.

Axar.az xəbər verir ki, bu gün respublikamızın müxtəlif rayonlarında məskunlaşmış 49 ailə (232 nəfər) Kəngərli kəndinə yola salınıb.

Bununla da Kəngərli kəndinə köçürülən ailələrin sayı 109-a (487 nəfər) çatıb.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.
Chosen
0
11
sherg.az

10Sources