“Həqiqətən çox sevinirəm, hətta deyərdim sevincim həddi-hüdudu yoxdur”.
“Report” xəbər verir ki, bu sözləri Ağdamın Kəngərli kəndinə qayıdan keçmiş məcburi köçkün, 14 yaşlı aşıq Davud Nəbiyev deyib.
“İnşallah öz doğma kəndimizdə qalacam. Ağdam Muğam Mərkəzində təhsil almağı düşünürəm və orada öz sənətimi davam etdirəcəm. Mən çox sevinirəm ki, Qarabağa gedirəm. Anam hər zaman Ağdam barədə uşaqlıq xatirələrini danışıb və düşüncələrimdə Ağdam haqqında gözəl təəssürat yaratmışdım”.