EN

Rusiya ilə "1000-in 1000-ə" formatında əsir mübadiləsi Ukraynada müzakirə edilib

Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə keçirilən müşavirədə Rusiya ilə "1000-in 1000-ə" formatında əsir mübadiləsi müzakirə edilib.

"Report" Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə prezidentin özü sosial şəbəkələrdə paylaşım edib.

"Mübadilənin hazırlanması ilə bağlı müşavirə keçirdim. Rusiya əsirliyindən 1000 nəfərin azad edilməsi ilə bağlı razılaşma Türkiyədəki görüşün demək olar ki, yeganə real nəticəsi oldu. Bu nəticənin təmin edilməsi üçün çalışırıq", - o qeyd edib.

Chosen
0
50
report.az

10Sources