Gələn ayın əvvəlində 4 gün iş olmayacaq.
“Yeni Sabah” xəbər verir ki, Qurban bayramı və həftəsonu ilə əlaqədar olaraq 4 gün ardıcıl qeyri-iş günü hesab olunacaq.
Belə ki, 6 və 7 iyun Qurban bayramıdır, 8 iyun isə bazar gününə təsadüf edir.
Qanunvericiliyə əsasən, beşgünlük iş həftəsində şənbə günü bayrama təsadüf etdikdə növbəti iş günü istirahət günü hesab olunur. Bu səbəblə 6-9 iyun tarixləri istirahət günüdür.
Telegram kanalımız