"Ev oyunu olduğu üçün bizə çətin oldu".
Offsideplus.az xəbər verir ki, bu sözləri minifutbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Elşad Quliyev Bəhreynə qarşı A qrupu oyunundan (1:1) sonra deyib. O, matçı belə şərh edib:
"Birinci oyunun həmişə çətin olduğunu demişdim. Meydança amili və rəqiblər bizə qarşı daha güclü hazırlaşıblar. İnşallah, növbəti oyuna hazırlaşıb, qrupdan birinci çıxmaq istəyirik".
E.Quliyev Ramiz Çovdarovun fiziki durumu barədə bu sözləri deyib:
"Ramiz Almaniyada yaşayır, orda oynayır. Bizə lazımlı oyunçudur. Sol ayaq bizim üçün çox vacibdir, bu səbəbdən onu çağırmışıq. İnanıram ki, yaxşı tərəfdən özünü göstərəcək".