EN

"FINCA Azerbaijan"ın istiqrazlarına 51 investordan 51 sifariş oldu

13 may 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "FINCA Azerbaijan" MM QBKT-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib. 

Birjanın yaydığı məlumata görə, qeyd olunan AZ2007019204 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 21.05.2025-ci il tarixində yekunlaşıb.  3 milyon manatlıq istiqrazlara 51 investor 51 sifariş təqdim edib. İstiqrazlar tam həcmdə yerləşdirilib. 

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.19  bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı:  BOKT "International” ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN:  AZ2007019204

İstiqraqzların növü və forması:  Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması:  Kütləvi/ Birqiymətli hərrac

İstiqrazların sayı:  30 000 ədəd

İlkin ticarət qiyməti:  100 manat

Buraxılış həcmi: 3 000 000 manat

İllik gəlirlilik faizi:  15%

Ödəmə periodu:  Ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə, hər 3 (üç) aydan bir

Tədavül müddəti:  18 ay

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə):  3 000 000 manat

Reallaşdırılmış həcm:  3 000 000 manat

Hərrac qiyməti:  100 manat

İnvestor sayı:  51

Sifariş sayı:  51

Anderrayter:  “Unicapital İ.Ş.” ASC

Chosen
0
5
marja.az

10Sources